525.Az

“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi


 

“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi<b style="color:red"></b>

“Neftçi” yeni mövsüm üçün növbəti transferini həyata keçirib.

525.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda artıq “Neftçi” ailəsinin üzvüdür. 26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

 





20.06.2026    çap et  çap et