525.Az

Azərbaycanda ötən gün 24 mindən çox çətənə kolu məhv edilib


 

Azərbaycanda ötən gün 24 mindən çox çətənə kolu məhv edilib<b style="color:red"></b>

Azərbaycanda iyunun 19-da yabanı halda bitmiş 19,4 ton çəkidə 24 503 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.

Bu barədə 525 az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bununla yanaşı paytaxt və respublikanın ayrı-ayrı rayonlarında dörd avtomat silahı, bir tapança, qumbara, alışdırıcı, beş tüfəng, dörd patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar olunub.

 





20.06.2026    çap et  çap et