525.Az

“Zirə”dən yeni transfer


 

“Zirə”dən yeni transfer<b style="color:red"></b>

“Zirə” yeni futbolçuyla anlaşıb.

525.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Paytaxt təmsilçisi brazilyalı Maykon Kleytonu heyətinə qatıb. Qapıçıyla 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Santa Kruz”, “Redd Bull Braqantino”, “Vitorio”, “Seara” və Portuqaliyanın “Portimonense” klublarında çıxış edib.

Xatırladaq ki, klub daha öncə Amin Seydiyevi heyətinə cəlb edib.

 





20.06.2026    çap et  çap et