525.Az

Yaponiya Tunisi darmadağın etdi - DÇ-2026


 

Yaponiya Tunisi darmadağın etdi - <b style="color:red"> DÇ-2026</b>

Futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

525.az xəbər verir ki, F qrupunda Yaponiya Tunislə qarşılaşıb.

Matç Asiya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Yaponiya yığmasının heyətində Kamada, Ueda (2) və İto fərqlənib.

Bu qələbə sayəsində Yaponiya yığması xallarının sayını 4-ə çatdırıb. Qrupun digər oyununda dünən Niderland İsveçi darmadağın edib - 5:1.

İki turdan sonra Niderland və Yaponiya yığmaları 4 xalla qrupda birinci-ikinci yerləri bölüşdürürlər. İsveç 3 xalla üçüncüdür. Xalı olmayan Tunis isə qrup sonuncusudur.

Son turda Yaponiya İsveçlə, Niderland isə Tunislə qarşılaşacaq.  

 





21.06.2026    çap et  çap et