525.Az

Londonda yanğında 3 nəfər həlak olub


 

Londonda yanğında 3 nəfər həlak olub<b style="color:red"></b>

İngiltərənin paytaxtı Londonda birmərtəbəli binada yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 3 nəfər həyatını itirib.

London yanğınsöndürmə briqadasından verilən açıqlamada, Ağ Şəhər bölgəsində Yeni Zelandiya Yolu üzərindəki tək mərtəbəli binada baş verən yanğına təxminən 100 yanğınsöndürən və 15 yanğınsöndürmə maşınının müdaxilə etdiyi bildirilib. Alov binanın yarıdan çoxunu məhv edib.

Açıqlamada yanğınsöndürmə briqadalarının binadan 3 nəfəri xilas etdiyi, onlardan ikisinin hadisə yerində, üçüncünün isə xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

London Metropoliten Polisi yanğının səbəbi ilə bağlı araşdırma başladıldığını bəyan edib.

İbrahim Cəfərov

 





22.06.2026    çap et  çap et