525.Az

Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək


 

Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

İyunun 30-da saat 09:00-da Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerik rayonunda vətəndaşları qəbul edəcək.

525.az nazirliyə istinadən xəbər verir ki, qəbul Lerik Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) baş tutacaq.

Qəbulda Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşların müraciətləri cavablandırılacaq, müvafiq tədbirlər görüləcək.

Qəbulunda iştirak etmək istəyənlər DAİM-ə (051-512-57-88) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin qurumun Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

 





22.06.2026    çap et  çap et