525.Az

Yankoviç Superliqa klubunun maraq dairəsinə düşüb


 

Yankoviç Superliqa klubunun maraq dairəsinə düşüb<b style="color:red"></b>

"Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Türkiyə klubunun maraq dairəsinə düşüb.

525.az xəbər verir ki, bu barədə “Ajansspor” daxil olmaqla Türkiyənin bir neçə media qurumu məlumat yayıb.

Bildirilir ki, Superliqaya yüksələn “Çorum FK” monteneqrolu futbolçunu heyətinə qatmaq istəyir.

İddiaya əsasən, qırmızı-qaralar təcrübəli yarımmüdafiəçinin transferi üçün artıq danışıqlara başlayıb.

Yankoviç 2022-ci ilin iyulundan “Qarabağ”da çıxış edir. O, ötən mövsüm Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 44 oyuna çıxaraq 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

61 dəfə Monteneqro millisinin formasını geyinən Yankoviçin transferinin baş tutacağı təqdirdə “Çorum FK”nın ən dəyərli futbolçularından biri olacağı bildirilir.

Hələlik klubların bu məsələyə dair mövqeyi bəlli deyil.

 





22.06.2026    çap et  çap et