525.Az

Ağcabədi Pedaqoji Kollecinə direktor təyin olunub


 

Ağcabədi Pedaqoji Kollecinə direktor təyin olunub<b style="color:red"></b>

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağcabədi Pedaqoji Kollecinin rəhbər heyətinə yeni təyinatlar həyata keçirilib.

Bu barədə 525 az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib

Əmrə əsasən, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin direktoru, Cəlal Bayramov isə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

 





22.06.2026    çap et  çap et