İrlandiya höküməti Kork şəhərindəki 4 ildir "Trabolgan Holiday" hotelində məskunlaşmış ukraynalı qaçqınları oradan çıxarmaq barədə qərar qəbul edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kimi qaçqınların yerləşdirilməsi üçün nəzərdə tutulan kommersiya xərclərinin azaldılmasıdır.
Söhbət aralarında çoxsaylı uşaqların da olduğu 600 nəfərdən gedir. Onlara artıq xəbərdarlıq edilib. Bəs həmin qaçqınların aqibəti necə olacaq?
Hökümət orqanları 3 variant təklif ediblər: dövlət tərəfindən ayrılmış başqa yerlərdə məskunlaşmaq, kirayə ev tutmaq və ya vətənlərinə qayıtmaq.
Qeyd edək ki, hazırda İrlandiyada 126 minə yaxın ukraynalı qaçqın sığınacaq tapıb.
L.Tağıyeva
çap et