525.Az

"İş qrafiki, məktəblərdə tənzimləyici tədbirlərin görülməsi əlavə tədbirlər kimi nəzərdə tutulub" - Liqa sədri


 

"İş qrafiki, məktəblərdə tənzimləyici tədbirlərin görülməsi əlavə tədbirlər kimi nəzərdə tutulub" - <b style="color:red">Liqa sədri</b>

“Bakı şəhərinin nəqliyyat infrastrukturunun tənzimləməsini nəzərdə tutan Dövlət Proqramında yeni yolların çəkilməsi, körpülərin salınması, keçidlərin qurulması və s. kimi 67 tədbir nəzərdə tutulub. Bunlardan biri də iş qrafiklərinin tənzimlənməsi ilə bağlıdır. İş qrafiki, məktəblərdə tənzimləyici tədbirlərin görülməsi əlavə tədbirlər kimi nəzərdə tutulub. Bu, yalnız dövlət sektorunda mümkün ola bilər. Xırda özəl müəssisələrdə - ticarət obyektlərində, kiçik ofislərdə kim qrafikin tənzimlənməsinə nəzarət edəcək? Dövlət sektorunun da hamısında bunu etmək mümkün deyil”. 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bunu 525.az-a söyləyib. Liqa sədri bildirib ki, elə iri zavodlar var ki, onlar 24/7 saat növbə rejimində işləyirlər. Orada bu tənzimləmə alınmayacaq. 

S.Məmmədovun sözlərinə görə, bəzi dövlət orqanları var ki, onlarla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib:

"Dövlət Proqramında da nəzərdə tutulan odur ki, dövlət orqanları təkliflər versin. Verilən təkliflərə baxılacaq və ondan sonra qərar veriləcək. Amma açığı, şəxsən mən bu keçidin ciddi fayda verəcəyinə inanmıram. Bu, 67 tədbirin kontekstində, yalnız bir az kömək edə bilər".

Sevinc Qarayeva 
 

 





22.06.2026    çap et  çap et