525.Az

"Qarabağ" Avstriyaya yollandı


 

"Qarabağ" Avstriyaya yollandı<b style="color:red"></b>

"Qarabağ" bu gün yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşüb.

525.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməi məlumat yayıb.

Ağdam təmsilçisi hazırlıq prosesi çərçivəsində 3 yoxlama matçı keçirəcək. Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq  (saat 19:00). Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək. Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, artıq "Qarabağ"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Qurban Qurbanovun komandası İslandiya "Vestri"si ilə üz-üzə gələcək.

 





22.06.2026    çap et  çap et