525.Az

Beş ayda 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib


 

Beş ayda 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində bu ilin yanvar-may aylarında 18300 uşağa reabilitasiya xidmətləri göstərilib.

Bu barədə 525.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan əlilliyi olan 889 uşaq stasionar, 10600 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub: "Bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər".

 

 





22.06.2026    çap et  çap et