525.Az

“Son illərdə birinci sinfə qəbul olunan şagirdlərin sayında azalma var” - Təhsil eksperti


 

“Son illərdə birinci sinfə qəbul olunan şagirdlərin sayında azalma var” - <b style="color:red">Təhsil eksperti</b>

“Son illərdə birinci sinfə qəbul olunan şagirdlərin sayında 24 884 nəfər azalma var. Təkcə bu il Azərbaycanda abortların sayı ilk dəfə 95 mini keçib. Birinci sinfə qəbul olunan şagird sayı 2021–2022 -ci tədris ilində  156 105 nəfər, 2022–2023-də    150 289, 2023–2024  137 100,  2024–2025-də 134 600,  2025–2026 -da 131 221, 2026–2027-də isə 131 minə yaxın olub”.

Bunu təhsil eksperti Məzahir Məmmədli 525.az-a bildirib. Onun sözlərinə görə, bu statistikanı son illərdə abort sayının kəskin artması fonunda qiymətləndirdikdə mənzərə daha da düşündürücü görünür:

“Rəsmi məlumatlara görə, Azərbaycanda abortların sayı 2021-ci ildə 46 877 olduğu halda, 2025-ci ildə 95 117-yə çatıb. Yəni cəmi dörd il ərzində bu göstərici iki dəfədən çox artıb. Bu rəqəmlər artıq sadəcə statistika deyil. Bu, SOS siqnalıdır”.

Sevinc Qarayeva 
 

 





22.06.2026    çap et  çap et