525.Az

Bu il 21 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub


 

Bu il 21 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub<b style="color:red"></b>

Tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 333 məktəbəqədər təhsil müəssisəsinə 37 401 uşaq cəlb olunub.

Bu barədə 525.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, bu tədris ilində 21 000-dən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub.

Qeyd olunub ki, məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa vurub.

 





22.06.2026    çap et  çap et