“Əgər sosial ödənişlərin artırılması planlaşdırılırsa, bunun maliyyə mənbələri və büdcə təminatı əvvəlcədən müəyyənləşdirilməlidir. Belə qərarlar qəbul edilərsə, ilin sonunda və ya növbəti ilin büdcəsində bunun üçün maliyyə ehtiyatının ayrılıb-ayrılmadığı görünəcək”.
İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a bildirib. Ekspert qeyd edib ki, hazırda büdcə parametrlərində belə bir dəyişiklik nəzərdə tutulmayıb. Bu baxımdan hesab etmirəm ki, yaxın aylarda hansısa artımlar baş versin. Təbii ki, yekun qərar hökumətin səlahiyyətindədir və istənilən vaxt belə bir addım atıla bilər:
"Ancaq mövcud vəziyyətə əsasən mən sosial ödənişlərin artırılmasını gözləmirəm”.
Sevinc Qarayeva
çap et