525.Az

“Bu, nağdsız alış-verişlərin həcminin azalmasına gətirib çıxara bilər” - Mütəxəssis


 

“Bu, nağdsız alış-verişlərin həcminin azalmasına gətirib çıxara bilər” - <b style="color:red">Mütəxəssis</b>

“Nağdsız hesablaşmaları stimullaşdırmaq üçün tətbiq edilən təşviqedici proqramların təsir gücü tədricən zəifləyə bilər. Keşbeklərin azalması və ya tamamilə ləğv olunması vətəndaşların nağdsız ödənişlərə marağını azalda bilər ki, bu da mənfi tendensiya hesab olunur. Digər tərəfdən, həm POS-terminallar vasitəsilə xidmət göstərən bankların, həm də plastik kart emissiyası həyata keçirən bankların xərcləri arta bilər”.

Bu fikri 525.az-a iqtisadçı ekspert Razi Abasbəyli  bildirib. İqtisadçı qeyd edib ki, müəyyən edilmiş yuxarı hədd çərçivəsində hesablanan komissiyalar banklarla sahibkarlar arasında bölüşdürüləcək. Bu isə həm bankların, həm də sahibkarların əlavə xərc yükü ilə üzləşməsinə səbəb ola bilər:

“Nəticədə keşbeklərin ləğv olunması və ya azalması vətəndaşların plastik kartlarla ödənişə marağını zəiflədə, nağdsız alış-verişlərin həcminin azalmasına gətirib çıxara bilər. Eyni zamanda, xüsusilə apteklər və ərzaq mağazalarında sahibkarların xərclərinin artması qiymət artımına da təsir göstərə bilər".

Sevinc Qarayeva 
 

 





22.06.2026    çap et  çap et