“İsveçrənin Bürgenstok şəhərində keçirilən İran-ABŞ danışıqları müsbət olub və ümidverici nəticələr verib”.
525.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.
“Müzakirələr müsbət və konstruktiv atmosferdə keçdi və ümidverici nəticələrə gətirdi. Bu nəticələrə 60 gün ərzində yekun sazişin əldə olunması üçün yol xəritəsinin razılaşdırılması, siyasi nəzarətin həyata keçirilməsi məqsədilə yüksək səviyyəli komitənin yaradılması və əlavə texniki danışıqlara başlanılması daxildir", –Şahbaz Şərif bildirib.
Pakistan hökumətinin başçısı danışıqların gedişinə nəzarət etmək üçün yaradılmış yüksək səviyyəli komitənin ilk iclasının rəsmi olaraq başa çatdığını elan edib. O, ABŞ və İran nümayəndə heyətlərinə konstruktiv əməkdaşlığa sadiq qaldıqlarına görə təşəkkürünü bildirib, həmçinin Qətərin vasitəçilik səylərini və İsveçrənin məsləhətləşmələrin təşkilinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Pərvanə Sultanova
çap et