525.Az

Livan İsraillə atəşkəsə nəzarət edəcək qurumun yaradılmasını dəstəkləyir


 

Livan İsraillə atəşkəsə nəzarət edəcək qurumun yaradılmasını dəstəkləyir<b style="color:red"></b>

Livan prezidenti Cozef Aun ABŞ və Qətərin ölkənin cənubu da daxil olmaqla, bütün regional cəbhələrdə atəşkəsi gücləndirmək səylərini dəstəkləyib.

525.az xəbər verir ki, bu barədə Livan prezidentinin ofisi məlumat yayıb.

Qeyd olunub ki, Cozrf Aun ABŞ-ın vitse-prezidenti Ceyms Vens, Amerika liderinin kürəkəni Cared Kuşner, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə telefon danışıqları aparıb. Danışıqlar zamanı hərbi əməliyyatların yenidən başlamasının qarşısını almaq üçün əlaqələndirici orqanın yaradılması ehtimalı müzakirə edilib. Prezident Aun davamlı atəşkəsə töhfə verəcək bütün tədbirləri və atəşkəs monitorinq mexanizminin hazırlanmasını dəstəkləyib. 

Daha əvvəl Bürgenstokda keçirilən dördtərəfli məsləhətləşmələrdə iştirak edən danışıqçılar Livan da daxil olmaqla, münaqişələrin həlli üçün bir qrup yaratmaq barədə razılığa gəliblər. ABŞ və İran arasında vasitəçilik edən Qətər və Pakistanın birgə bəyanatında Livan nümayəndələrinin bu qurumun işinə cəlb ediləcəyi bildirilib.

Pərvanə Sultanova

 





22.06.2026    çap et  çap et