525.Az

“Putin və Lukaşenko Zelenskinin Minskə təhdidlərini müzakirə edəcəklər”


 

“Putin və Lukaşenko Zelenskinin Minskə təhdidlərini müzakirə edəcəklər”<b style="color:red"></b>

“Ukrayna prezidenti Volodimir Zelenskinin Belarusa qarşı təhdidləri başqa bir ölkənin daxili işlərinə müdaxilə və onun suverenliyinə qəsddir”.

525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, bunlar tamamilə aqressiv təhdidlərdir.  Əlavə edib ki, Rusiya və Belarus prezidentləri yaxın gələcəkdə görüşməyi, digər məsələlərlə yanaşı Zelenskinin Minskə qarşı təhdidlərini də müzakirə etməyi planlaşdırırlar.

Qeyd edək ki, Ukrayna lideri bəyan edib ki, Belarus ərazindəki xüsusi avadanlıq Moskvanın ölkəyə pilotsuz uçuş aparatları ilə zərbələr endirməsinə kömək edir. O, Belarusa bunu aradan qaldırmaq üçün bir həftə vaxt verib, əks halda məsələni özünün həll edəcəyini deyib.

Pərvanə Sultanova

 





22.06.2026    çap et  çap et