525.Az

Pezeşkian Pakistana gedir


 

Pezeşkian Pakistana gedir<b style="color:red"></b>

İran prezidenti Məsud Pezeşkian Pakistana səfər edəcək.

525.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə direktoru Həbib Abbasi məlumat verib.

Onun sözlərinə görə, səfər sabah baş tutacaq və çox güman ki, bir gün davam edəcək.

Əlavə edib ki, səfərin məqsədi əvvəlki səfərlər zamanı qəbul edilmiş qərarların icrasını müzakirə etmək, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını araşdırmaq və Pakistanın İranla ABŞ arasında vasitəçilik səylərinə görə təşəkkür etməkdir.

Pərvanə Sultanova

 





22.06.2026    çap et  çap et