525.Az

Azərbaycanda 5 ay ərzində 3 məntəqədə 694 nəfər narkotiklə bağlı müalicə alıb


 

Azərbaycanda 5 ay ərzində 3 məntəqədə 694 nəfər narkotiklə bağlı müalicə alıb<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 39002 nəfər istiqamətləndirilib.

525.az-a bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Qeyd edilib ki, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2740 nəfərdən 1301 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilibr.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 279, QİÇS-lə Mübarizə Mərkəzində 293, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər) 694 xəstə müalicə alıb.

 





22.06.2026    çap et  çap et