Quba rayonunun ərazisində - Qusarın inzibati sərhədinə yaxın yerdə sürüşmə baş verib.
525.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata əsasən, sürüşmə prosesi iyunun 20-də yerli vaxtla saat 09:46:34-də başlayıb və hazırda da davam edir.
Ərazidə yaşayış məntəqəsi yoxdur.
çap et