525.Az

Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb


 

Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb<b style="color:red"></b>

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

525.az xəbər verir kİ, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü və Qurban bayramı münasibətilə İraq Kürdüstan Regionunun hökuməti adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Bu bayramlar münasibətilə ölkənizə və xalqınıza davamlı tərəqqi, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayıram.

İraq Kürdüstan Regionu hökumətinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyi naminə daha da möhkəmləndərilməsinə sadiqliyini bir daha təsdiqləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

 





22.06.2026    çap et  çap et