525.Az

Qazaxda Səməd Vurğunun 120 illiyinə həsr olunmuş Birinci Kitab Sərgisi açılıb


 

Qazaxda Səməd Vurğunun 120 illiyinə həsr olunmuş Birinci Kitab Sərgisi açılıb<b style="color:red"></b>

Qazax şəhərində yerləşən “Mütəfəkkirlər bağı”nda Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə Birinci Qazax Kitab Sərgisi açılıb.

525.az xəbər verir ki, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı, eləcə də bir sıra qurumların dəstəyi ilə baş tutan sərgi bölgədə kitabın, oxu mədəniyyətinin inkişafına xidmət edən ictimai-mədəni hadisə kimi yadda qalıb.

Sərginin açılışında çıxış edən şair-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı belə təşəbbüslərin milli yaddaşın qorunması, kitabın nüfuzunun artırılması və gənc nəslin maariflənməsi baxımından önəm daşıdığını vurğulayıb. Natiq sənətkarların milli ruhun formalaşmasında oynadığı roldan danışıb. O, kitab sərgilərinin həm də düşüncə, fikir və mədəniyyət platformu olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər də sərginin əhəmiyyətindən söz açaraq, onu Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə dəyərli töhfə kimi qiymətləndiriblər.

Sonda iştirakçılar sərgi ilə tanış olublar.

 





22.06.2026    çap et  çap et