525.Az

QHT-lərin dövlət maliyyələşdirilməsi “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək


 

QHT-lərin dövlət maliyyələşdirilməsi “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək<b style="color:red"></b>

Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən və qeyri-hökumət təşkilatlarına (QHT) qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəyi göstərə bilən qurumlar tərəfindən həyata keçirilən maliyyələşdirmə prosesinin “bir pəncərə” prinsipi əsasında təşkili Qaydası"nı təsdiq edilib.

Nazirlər Kabinetindən 525.az-a verilən xəbərə görə, qərarın məqsədi QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid yanaşmanın formalaşdırılması, şəffaflığın və hesabatlılığın artırılması, həmçinin maliyyələşdirmə proseslərinin əlaqələndirilmiş və elektron qaydada həyata keçirilməsinin təmin edilməsidir.

Qərarla həmçinin QHT-lərin kiçik qrant, böyük qrant və səfər qrantı müsabiqələri, dövlət sifarişləri və müsabiqədənkənar maliyyələşdirilməsi üzrə prosedurlar, layihələrin qiymətləndirilməsi meyarları, maliyyələşdirmə şərtləri və nəzarət mexanizmləri müəyyən edilib.

 





22.06.2026    çap et  çap et