525.Az

Qətərdə zavodda partlayış - 13 ölü, 66 yaralı


 

Qətərdə zavodda partlayış - <b style="color:red"> 13 ölü, 66 yaralı</b>

Qətərdə qaz emalı zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Saad bin əl-Kaabi bildirib.

O, partlayışda 13 nəfərin öldüyünü, 66 nəfərin isə yaralandığını açıqlayıb.

Qətər televiziyasına danışan nazir əl-Kaabi ölənlərin Hindistan və Pakistan vətəndaşları olduğunu bildirib. O, partlayışın texniki nasazlıqla bağlı olduğunu vurğulayıb. Nazir əlavə edib ki, hazırda yaralıların xəstəxanalarda müalicəsi davam etdirilir.

İbrahim Cəfərov

 





23.06.2026    çap et  çap et