525.Az

Messidən 1 gündə 2 rekord


 

Messidən 1 gündə <b style="color:red"> 2 rekord</b>

Argentina millisinin hücumçusu Lionel Messi dünən keçirilən Argentina - Avstriya matçında komandasının 2:0 hesablı qələbəsində hər iki qolun müəllifi olub. 

525.az xəbər verir ki, bununla da o, bir gündə 2 rekorda imza atıb.

Belə ki, matçın 38-ci dəqiqəsində fərqlənən hücumçu mundiallarda 18-ci qolumu vurmaqla ən yaxşı bombardir adını qazanıb. Oyunun 90+5-ci dəqiqəsində rəqib qapısına yol tapmaqla isə qollarının sayını 19-a çatdırıb. Bu mundiala kimi rekord Almaniya millisinin hücumçusu Miroslav Klozeyə məxsus idi.

Yeri gəlmişkən, karyerasını davam etdirən futbolçular arasında Messinin ən yaxın izləyicisi Fransa millisinin hücumçusu Kilian Mbappedir. Onun hesabında 14 qol var. Bu gecə 01.00-da İraqla oyunda Mbappe göstəricisini yaxşılaşdıra bilər.

L.Tağıyeva

 





23.06.2026    çap et  çap et