Lionel Messi Argentina - Avstriya matçının 9-cu dəqiqəsində penaltidən yararlana bilməyib.
525.az xəbər verir ki, bununla da o mundiallar tarixində ən çox penalti qaçıran futbolçu olub.
2018-ci ildəki dünya çempionatında İslandiya ilə oyunda (1:1) və 2022-ci ildəki mundialda Polşa ilə matçda da (2:0) Messi 11 metrlik zərbələri boşa vermişdi.
Qeyd edək ki, bu antirekorda rəğmən Messi Avstriya ilə oyunda 2 dəfə fərqlənib və 19 qolla mundiallar tarixinin ən yaxşı bombardiri olub.
L.Tağıyeva
çap et