525.Az

Rusiyada ağır yol qəzası, 7 avtomobil toqquşdu


 

Rusiyada ağır yol qəzası, 7 avtomobil toqquşdu<b style="color:red"></b>

Moskva vilayətində 7 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İstra dairəsinin Davıdkovskoye kəndi yaxınlığındakı qəzada 2 yük və 5 minik avtomobili toqquşub.

Nəticədə yük avtomobillərindən birinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Bir neçə nəfər, o cümlədən 1 qadın və 2 uşaq xəsarət alıb.

Moskva vilayət prokurorluğunda faktla bağlı cinayət işi başlanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

L.Tağıyeva

 





23.06.2026    çap et  çap et