525.Az

Pakistanda avtomobil məscidə çırpılıb - 2 nəfər ölüb, 30 nəfər yaralanıb


 

Pakistanda avtomobil məscidə çırpılıb - <b style="color:red"> 2 nəfər ölüb, 30 nəfər yaralanıb</b>

Pakistanın Sind əyalətinin Kəraçi şəhərində idarəetmədən çıxan avtomobil məscidə çırpılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ərazidə böyük çaxnaşma yaradan hadisə 2 nəfərin ölümü, 30 nəfərin isə yaralanması ilə nəticələnib.

Qəzadan sonra araşdırma başlayıb, sürücü nəzarətə götürülüb, avtomobil isə müsadirə edilib.

Hadisə ilə bağlı istintaq davam edir.

İbrahim Cəfərov

 





23.06.2026    çap et  çap et