525.Az

“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu


 

“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu <b style="color:red"></b>

Bugünlərdə “Qarabağ”dan ayrılan Fabiyan Buntiçin yeni klubu müəyyənləşib.

525.az xəbər verir ki, xorvatiyalı qapıçı Portuqaliyanın 2-ci liqa təmsilçisi “Farense”yə transfer olunub. Bu barədə klub məlumat yayıb.

“Farense” yeni transferini azarkeşlərə təqdim edərək, “Xoş gəldin, Buntiç!” mesajını paylaşıb.

Qeyd edək ki, Fabiyan Buntiç 2024-cü ildə Almaniyanın “İnqolştadt” klubundan “Qarabağ”a transfer olunmuşdu.

 





23.06.2026    çap et  çap et