525.Az

"Bu avtobus sürücülərinin dayanacaqdan kənarda avtobus saxlanmasının qarşısını almaq üçündür" - Rəy


 

 "Bu avtobus sürücülərinin dayanacaqdan kənarda avtobus saxlanmasının qarşısını almaq üçündür" - <b style="color:red">Rəy</b>

"Avtobusu dayanacaqdan kənarda saxlamağa görə avtobus sürücülərinə 100 manat cərimə yazılır. Bu avtobus sürücülərinin dayanacaqdan kənarda avtobus saxlanmasının qarşısını almaq üçündür".

Bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı 525.az-a söyləyib. Ekspert bildirib ki, bu, kifayət qədər ağır sanksiyadır, amma bəzi avtobus sürücüləri gəlib dayanacaq pavilyonuna tam yan almamış sərnişini yolun ortasında düşürüb qaçırlar. Təki qabaqdakı avtobusa tez çatsın və yaxud da qabaqdakı dayanacağa tez çatsın, sərnişini tez yığsın. Bu da nədən irəli gəlir? Hələ də nağd ödənişlə işləyən avtobuslar var. Xüsusən də kənar ərazilərdə, Bakının mərkəzinə aid olmayan ərazilərdə işləyən avtobuslar var ki, onlar hələ də nağd ödənişlə çalışırlar. Ona görə də belə vəziyyət yaranır:

"Hələ də vətəndaşa bir insan kimi, bir canlı kimi yox, sadəcə 40 qəpik, 50 qəpik, 60 qəpik məbləğində pul kimi baxırlar. Ona görə də belə faciələr yaşanır".

Sevinc Qarayeva

 





23.06.2026    çap et  çap et