Cari ilin may ayında əlilliyə görə pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı məlum olub.
525.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat açıqlayıb.
Bildirilib ki, qeyd edilən müddətdə əlilliyə görə 246 min 176 nəfər pensiya, 225 min 96 nəfər aylıq müavinət, 92 min 814 nəfər isə Prezident təqaüdü alıb.
çap et