525.Az

ABŞ-da Senat üzvü korrupsiyada şübhəli bilinir


 

ABŞ-da Senat üzvü korrupsiyada şübhəli bilinir<b style="color:red"></b> ABŞ-ın Ədliyyə nazirliyi Nyu-Cersi ştatını təmsil edən Demokrat partiyasının üzvü,  senator Robert Menendesə qarşı cinayət işi açmaq niyyətindədir.
 
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, korrupsiyada şübhəli bilinən senatora yaxın vaxtlarda ittihamın irəli sürüləcəyi gözlənilir.
 
Qeyd olunur ki, Menendesin nümayəndələri məlumatı şərh etməkdən boyun qaçırıblar.
 





07.03.2015    çap et  çap et