“Belarusun öz əhalisini istənilən təcavüzkardan qorumaq üçün bütün zəruri imkanları var”.
525.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O, Ukrayna ilə həmsərhəd olan Qomel vilayətinin qubernatoru İvan Krupko ilə görüşdə insanlara qomellilərə müraciət edərək, onlardan narahat olmamağı və təşvişə düşməməyi xahiş edib.
Prezident vurğulayıb ki, respublikanın əhalini istənilən təcavüzkardan müdafiə etmək üçün bütün zəruri vasitələri mövcuddur.
Pərvanə Sultanova
çap et