525.Az

Özbəkistan prezidenti Belarusa səfər edəcək


 

Özbəkistan prezidenti Belarusa səfər edəcək<b style="color:red"></b>

Özbəkistan prezidenti Şavkat Mirziyoyev 8-9 iyul tarixlərində Belarusa səfər edəcək.

525.az xəbər verir ki, bunu Belarusun Baş naziri Aleksandr Turçin deyib.

O bildirib ki, Özbəkistana son işgüzar səfəri zamanı uğurla və dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlər, eləcə də prezident  Mirziyoyevin Belarusa səfəri müzakirə olunub.

“Özbəkistan prezidenti Şavkat Mirziyoyevin 8-9 iyul tarixlərində Minskə səfər edəcəyi təsdiqlənib. Biz onu qarşılamağı səbirsizliklə gözləyirik", - hökumət rəhbəri deyib.

Əlavə edib ki, bu səfər iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldıracaq.

Pərvanə Sultanova

 





23.06.2026    çap et  çap et