525.Az

Poroşenko ABŞ dövlət katibinin müavini ilə görüşüb


 

Poroşenko ABŞ dövlət katibinin müavini ilə görüşüb<b style="color:red"></b>

Martın 6-da Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ dövlət katibinin müavini Entoni Blinken Donbasdakı vəziyyəti müzakirə ediblər.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti açıqlama verib.
 
Görüşdə P.Poroşenko separatçıların təmas xəttindən silahları geri çəkməyə hazır olmadıqlarını bildirib. “Prezident  həmsöhbətini Donbasdakı vəziyyət və Ukraynanın Minsk razılaşmasını icra  etməsi barədə məlumatlandırıb. Eyni zamanda P.Poroşenko digər tərəfin ATƏT-in müşahidəçi missiyasının nəzarəti altında ağır silahları geri çəkməsinə hazır olmadıqlarını bəyan edib”, sənəddə deyilir.

 





07.03.2015    çap et  çap et