525.Az

“Tehran Vaşinqtonla danışıqlarda istənilən ssenariyə hazırdır” 


 

“Tehran Vaşinqtonla danışıqlarda istənilən ssenariyə hazırdır” <b style="color:red"></b>

“İran ABŞ ilə danışıqlar zamanı istənilən ssenariyə hazırdır”. 

525.az xəbər verir ki, bunu İranın BMT-nin Cenevrədəki ofisində daimi nümayəndəsi Əli Bəhreyni bildirib.

O deyib ki, İran ABŞ ilə danışıqları son dərəcə ehtiyatla aparır. 

“Biz istənilən varianta və istənilən ssenariyə hazırıq. İranın ABŞ-a etibar etmək üçün heç bir səbəbi yoxdur", - iranlı diplomat bildirib.

O xatırladıb ki, Vaşinqton İranla nüvə dosyesi üzrə danışıqlarda iştirak etdiyi və razılaşmanın əldə olunmasına hazır olduğu bir vaxtda İrana qarşı müharibəyə başlayıb.

Pərvanə Sultanova

 





23.06.2026    çap et  çap et