525.Az

"Qərb açıq şəkildə Rusiya ilə müharibəyə hazırlaşdığını bildirir” - Putin


 

"Qərb açıq şəkildə Rusiya ilə müharibəyə hazırlaşdığını bildirir” - <b style="color:red"> Putin</b>

“Qərb ölkələri artıq açıq şəkildə Rusiya ilə müharibəyə hazırlaşdıqlarını bildirirlər”.

525.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Biz görürük ki, əgər NATO ölkələri əvvəllər yalnız Kiyevə dəstək verməklə kifayətlənirdilərsə, indi Qərbdə açıq şəkildə deyilir ki, onlar bizimlə müharibəyə hazırlaşırlar, hücum xarakterli hərbi büdcələrini artırırlar”, – Putin bildirib.

Onun sözlərinə görə, Qərb özünün hərbiləşdirilməsinə haqq qazandırmaq üçün Rusiyanın hərbi təhdid yaratması ilə bağlı yalan bəyanatlar verir.

Pərvanə Sultanova

 





23.06.2026    çap et  çap et