525.Az

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində 23 nəfərə reabilitasiya xidməti göstərilib


 

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində 23 nəfərə reabilitasiya xidməti göstərilib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində bu ilin ötən dövründə 23 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib.

525.az-a bu barədə ƏƏSMN-dən məlumat verilib

Bildirilib ki, onlardan 10-u insan alveri qurbanı, 13-ü isə insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərdir. Mərkəzdə sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyət tərəfindən həmin şəxslər üçün fərdi sosial reabilitasiya planı tərtib edilib və müvafiq tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, onların sosial-hüquqi, sosial-psixoloji dəstəklə təminatı, tibbi-sosial reabilitasiyası, məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.

 





23.06.2026    çap et  çap et