525.Az

Transxəzər fiber-optik layihəsi üçün kabel "Azərbaycan" gəmisi ilə Bakıya çatdırılıb


 

Transxəzər fiber-optik layihəsi üçün kabel "Azərbaycan" gəmisi ilə Bakıya çatdırılıb<b style="color:red"></b>

Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər Fiber-Optik Kabel Xəttinin (FOCL) tikintisi üzrə nəzərdə tutulan sualtı kabel "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Azərbaycan" gəmi-bərəsi ilə Qazaxıstanın Kurık limanından Bakı limanına çatdırılıb.

525.az-a bu barədə ASCO-dan məlumat verilib.

Bildirilib ki, iriqabaritli və ağırçəkili yük üç ixtisaslaşdırılmış nəqliyyat vasitəsindən ibarət avtokarvanla Kurık limanına gətirilərək ASCO-nun gəmi-bərəsinə yüklənib və Xəzər dənizi üzərindən təhlükəsiz şəkildə Bakıya daşınıb. Yük limana çatdırıldıqdan sonra uğurla boşaldılıb.

Qeyd edək ki, sözügedən layihə çərçivəsində ASCO yalnız daşımada deyil, həm də dəniz əməliyyatlarının icrasında tərəfdaş kimi çıxış edir. Daha əvvəl Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin dəniz marşrutu üzrə tədqiqat işlərində də ASCO-nun "Türkan" gəmisi iştirak edib. Həmin mərhələdə sahilyanı ərazilərin və dəniz dibinin araşdırılması işləri həyata keçirilib.

 





23.06.2026    çap et  çap et