Əlcəzairin paytaxtında yerləşən Beynəlxalq Sərgi Sarayında keçirilən Əlcəzair Beynəlxalq Sərgisinin (SAFEX) açılış mərasimi keçirilib.
525.az-a Səfirlikdən bildirilib ki, açılışda Əlcəzairin Prezidenti Əbdülməcid Təbbun, hökumət üzvləri, xarici ölkələrin diplomatik nümayəndələri, iş adamları iştirak ediblər.
Azərbaycanın Əlcəzairdəki səfirliyi sərgidə xüsusi stendlə təmsil olunub. Stenddə ölkəmizin tarixi, mədəni irsi, turizm potensialı və müasir inkişafını əks etdirən videoçarxlar nümayiş etdirilib. Həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, turizmi, iqtisadiyyatı və Azərbaycan-Əlcəzair münasibətlərinə dair nəşrlər sərgi iştirakçılarına təqdim olunub.
Əlcəzairdəki səfirliyimizin sərgidə iştirakı ölkəmizin tanıdılması, Azərbaycan-Əlcəzair münasibətlərinin möhkəmləndirilməsi, eləcə də iqtisadi və mədəni əməkdaşlığın inkişafına töhfə baxımından əhəmiyyət daşıyır.
çap et