525.Az

Ronaldodan yeni rekord


 

 Ronaldodan yeni rekord <b style="color:red"></b>

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatında Özbəkistan millisi ilə oyunun 7-ci dəqiqəsində qol vurmaqla növbəti rekorda imza atıb.

525.az xəbər verir ki, ulduz futbolçu bununla iştirak etdiyi 6 mundialın hamısında fərqlənən yeganə futbolçu olub.

Bu qolla Ronaldo mundiallarda qol sayını 9-a çatdırıb. 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında 4 qol vurmuş hücumçu digər 5 çempionatın hər birində 1 dəfə fərqlənib.

Qeyd edək ki, oyun davam edir, Portuqaliya millisi 2:0 hesabı ilə qalib gəlir.

L.Tağıyeva

 





23.06.2026    çap et  çap et