Almaniyada 400 yaşı olan pivəbişirmə zavodu müflis olduğunu elan edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət 1627-ci ildən Braunşveyq şəhərində fəaliyyət göstərən "Hofbrauhaus Wolters GmbH"dən gedir.
"Wolters" markalı pivə istehsal edən zavodun bağlanmasının 2 əsas səbəbi var. Birincisi, enerji daşıyıcılarının qiymətinin artması. İkincisi isə pivəyə olan tələbatın azalması. Statistik məlumatlara əsasən ötən il Almaniyada pivə istehlakı 5,8 faiz azalıb ki, bu da 7,8 milyard litr deməkdir.
Yeri gəlmişkən, son 6 ildə ölkə ərazisində ümumilikdə 137 pivəbişirmə zavodu bağlanıb.
L.Tağıyeva
çap et