525.Az

Madriddə göydələndə partlayış


 

Madriddə göydələndə partlayış<b style="color:red"></b>

İspaniyanın paytaxtı Madridin mərkəzində yerləşən "Cuatro Torres Business Area" göydələnində güclü partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 25-ci mərtəbədə yaşanan partlayışın ardınca güclü yanğın başlayıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun digər mərtəbələrə keçməsinin qarşısını ala biliblər. Binadakı insanlar isə təxliyyə olunub. 3 nəfər xəsarət alıb ki, onlar da xəstəxanaya yerləşdirilib. Partlayışın texniki otaqda olduğu bildirilsə də, təfərrüatı açıqlanmır.

Qeyd edək ki, "Cuatro Torres Business Area" ispaniyalı milyardçı Amansio Orteqaya məxsusdur. Burada bir neçə böyük şirkətin ofisi yerləşir.

L.Tağıyeva

 





24.06.2026    çap et  çap et