525.Az

İordaniyada azarkeşlər arasında basabas, ölən var


 

İordaniyada azarkeşlər arasında basabas, ölən var<b style="color:red"></b>

Paytaxt Əmmanın mərkəzində futbol matçına baxan azarkeşlər arasında basabas düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 9 nəfər xəstəxanaya yerləşdirilib.

Onlardan biri sonradan dünyasını dəyişib. Hadisə dünən səhər saatlarında, minlərlə azarkeşin Haşimit meydanında quraşdırılmış böyük ekranda Əlcəzairlə qarşılaşan İordaniya millisinin oyunu izlədiyi zaman baş verib.

Qeyd edək ki, qarşılaşma İordaniyanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

L.Tağıyeva

 





24.06.2026    çap et  çap et