Çində kəsimə hazırlanan buğa qəssabın əlindən çıxa bilib və bu, az qala faciə ilə nəticələnəcəkmiş.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay Çanşa şəhərində yaşanıb.
Qəzəbli buğa daha sonra şəhərin küçələrində üz tutub və qarşısına keçənlərə hücum edib. 3 nəfərə xəsarət yetirən heyvan əraziyə çağırılan polis tərəfindən odlu silahdan açılan atəşlə öldürülüb.
Qeyd edək ki, yaralananlardan ikisi xəstəxanaya yerləşdirilib. Onların həyati təhlükə olmadığı bildirilir.
L.Tağıyeva
çap et