ABŞ-nin Texas ştatında arı pətəklərini daşıyan yük avtomobili aşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 2 milyondan çox arı ətrafa yayılıb.
Hadisə ştatın cənub-şərqindəki kəndlərin birinin yaxınlığında baş verib. Yerli hakimiyyət orqanları əhaliyə arılarla bağlı vəziyyət stabilləşənə kimi evlərindən çıxmamağı tövsiyə edib.
Qeyd edək ki, qəzaya səbəb sürücünün döngədə idarəetməni itirməsi göstərilir. Yeri gəlmişkən, sürücünün xəsarət almadığı bildirilir.
L.Tağıyeva
çap et