525.Az

Nigeriyada tarlalara hücum edilib - 9 fermer həlak olub


 

Nigeriyada tarlalara hücum edilib - <b style="color:red"> 9 fermer həlak olub</b>

Nigeriyada silahlı dəstə üzvləri Kaduna əyalətinin Birni Qvari bölgəsində tarlada işləyən fermerlərə hücum edib.

525.az Nigeriya mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 9 fermer həlak olub, çoxlu sayda insan yaralanıb.

Qeyd edək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu ISVAP kimi terror təşkilatlarının hücumları ilə mübarizə aparır.

İbrahim Cəfərov

 





24.06.2026    çap et  çap et