"Dünya praktikasında nazirlik minimal biliyi ölçür, müəllimi isə məktəbə direktor seçir. Amma bizdə bu gün müəllim seçimini direktorlara versək, cəmiyyət bu qərarların obyektivliyinə inanacaqmı? Şəffaflıq qorunacaqmı? Əlbəttə, xeyr".
Bu fikri 525.az-a təhsil eksperti Əmrah Həsənli deyib. Ekspert bildirib ki, imtahan balı müəllimin istedadını 100 faiz ölçməsə də, subyektivliyin qarşısını alan ən ədalətli və təhlükəsiz tərəzidir. Nazirliyin bu prosesi mərkəzləşdirilmiş saxlaması, müəllimlərin haqqını və şəffaflığı qorumaq üçün bu gün üçün ən doğru addımdır.
Sevinc Qarayeva
çap et